Ərlə arvad Bakıya külli miqdarda pul keçirmək istədilər


Digərləri 02 Eyl 2025 18:30:00 82 0

Ərlə arvad Bakıya külli miqdarda pul keçirmək istədilər

Rusiyanın Tümen şəhərində gömrükçülər ölkədən külli miqdarda bəyan edilməmiş valyutanın çıxarılması halının qarşısını alıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Surqut hava limanında Bakıya səyahət edən evli cütlüyün üzərində rubl və Azərbaycan manatı ilə ümumilikdə təqribən 32 000 manat həcmində nağd vəsaitlər aşkar edilib. 

Bildirilib ki, cütlük ilk olaraq üzərlərində bəyan edilməli olan hər hansı məhsul və pul vəsaitləri olmadığını iddia edib. Lakin onların əl yükü və baqajı yoxlanıldıqda külli miqdarda nağd pul aşkar edilib. 

Ailəyə qarşı inzibati iş açılıb və vəsaitlərin bir hissəsi götürülüb.