Bu kənd məktəbinin bütün məzunları tələbə oldular


Digərləri 24 Ağu 2025 22:45:00 72 0

Bu kənd məktəbinin bütün məzunları tələbə oldular

Zərdab rayonunun Şirvani adına İsaqbağı kənd tam orta məktəbinin builki məzunları fərqləniblər.

Son.az xəbər verir ki, tam orta məktəbi bitirən 10 məzunun hər biri ali təhsil ocaqlarına qəbul olub.

Belə ki, məzunlar Bakı Dövlət Universitetində, Milli Aviasiya Akademiyasında, Bakı Mühəndislik Universitetində, Azərbaycan Dillər Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Sumqayıt Dövlət Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan İdman Akademiyasında, və Gəncə Dövlət Universitetində təhsil alacaqlar. (oxu.az)