“Supertoys”dan yanğınla bağlı açıqlama


Digərləri 24 Ağu 2025 23:31:00 68 0

“Supertoys”dan yanğınla bağlı açıqlama

"Supertoys" MMC bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib.

"Qafqazinfo"ya şirkətdən verilən məlumata görə, bu gün yanğın baş verən ərazidə "Supertoys" MMC-nin anbarından əlavə 10-a yaxın digər şirkətlərə məxsus anbarlar fəaliyyət göstərirdi.

Məlumatda bildirilir ki,yanğın digər anbardan başlayıb və "Supertoys" anbarı da zərər çəkənlər arasında olub.

"Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yaxın zamanda yanğının baş vermə səbəbi dəqiq açıqlanacaq və hüquqi rəy veriləcəkdir. Məlumat üçün bildirək ki, "Supertoys" MMC-nin bu anbardan əlavə 6 anbarı müxtəlif ərazilərdə fəaliyyət göstərir. Məhsullar da anbarlarda bölgü üzrə paylanılıb".