64 yaşlı kişi faciəli şəkildə öldü


Digərləri 24 Ağu 2025 12:05:00 78 0

64 yaşlı kişi faciəli şəkildə öldü

Beylaqan sakini bədbəxt hadisə nəticəsində ölüb.

Son.az xəbər verir ki, 1961-ci il təvəllüdlü Həsən Hüseynov bir neçə gün öncə ehtiyatsızlıqdan ot tayasından yıxılıb.

O, ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.