DİM ali məktəblərə qəbul nəticələri ilə bağlı suallara aydınlıq gətirdi
Digərləri 24 Ağu 2025 22:31:00 71 0
Məlum olduğu kimi, ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunub. Müsabiqədə iştirak etmiş hər bir abituriyent DİM-in internet saytına daxil olaraq müsabiqənin nəticəsi ilə ətraflı tanış olmaq imkanına malikdir.
Bu haberi de oku: Qonaq gəldiyi evdə faciəvi şəkildə öldü
Son.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirib.
Qeyd edilib ki, bununla yanaşı, müsabiqə nəticəsinə dair arayışda qeyd olunmuş ballar barədə bir sıra abituriyentlər tərəfindən Mərkəzə müxtəlif suallar daxil olub. Mərkəz bu müraciətlərə aydınlıq gətirərək ən çox ünvanlanan suallara cavab verib.
DİM-dən bildiriblər ki, bir abituriyent qeyd edib ki, qəbul imtahanında 150-dən çox bal toplasa da, seçdiyi ixtisasa qəbul ola bilməyib. DİM-in açıqlamasına görə, sözügedən ixtisasa qəbul yalnız dövlət sifarişi əsasında aparılır. Dövlət sifarişi ilə ayrılan yerlərin təhsil müəssisələri arasında bölüşdürülməsi əvvəlcədən müəyyən olunmur və yalnız abituriyentlərin seçimlərinə əsasən müsabiqə nəticəsində formalaşır. Həmin ixtisas üzrə dövlət sifarişli yerlər digər ali məktəblər tərəfindən doldurulduğu üçün abituriyentin seçdiyi təhsil müəssisəsində yer qalmayıb.