“Sədərək”dəki yanğın bu məşhur şirkətin anbarında baş veribmiş
Digərləri 24 Ağu 2025 18:50:00 74 0
"Sədərək" ticarət mərkəzindəki yanğının yeni təfərrüatı məlum olub.
Bu haberi de oku: Bakıda məşhur ticarət mərkəzi YANIR
Musavat.com-un əldə etdiyi məlumata görə, güclü yanğının baş verdiyi anbar "Super Toys" mağazalar şəbəkəsinə məxsus olub. Şirkət həmin anbarı icarəyə götürübmüş.
Bildirək ki, məşhur "Super Toys" mağazalar şəbəkəsinin "Sədərək" ticarət mərkəzi ilə yanaşı Bakı və ətraf qəsəbələrdə filialları var.
Şirkətin rəsmi saytında olan məlumata əsasən hazırda şəbəkənin Bakıda 19 filialı xidmət göstərir.
Bu mağazalar şəbəkəsində uşaq aləminə aid olan müxtəlif növ malların satışı həyata keçirirlir.
İlkin məlumata görə, baş verən yanğın zamanı şirkətə dəymiş zərər yüz minlərlə manatdır. Yanğın zamanı anbarda olan malların böyük hissəsi yanıb. Ətrafda olanların köməyi ilə yanğın başlayan zaman malların çox az bir hissəsini anbardan çıxarmaq mümkün olub.