Ərarvad lotereyada 1 milyard uddular Pulu görün hara xərclədilər
Digərləri 24 Ağu 2025 21:42:00 56 0
Rusiyada Yuri və Svetlana Semenovlar təsadüfi bir lotereya uduşu sayəsində bir anda milyarderə çevriliblər.
Bu haberi de oku: Səmada “Tanrının əli” GÖRÜNDÜ
Son.az xəbər verir ki, Yuri peşəkar tornaçı, həyat yoldaşı Svetlana isə loqopeddir. Uşaqların nitqini düzəltməyə illərini həsr edən qadın heç vaxt bu qədər böyük məbləğə sahib olmağı xəyal belə etməmişdi.
Yuri şanslarını sınamaq üçün bir neçə lotereya bileti alıb və onları həyat yoldaşı ilə yarı bölüşüb.
"Bu, balıq ovuna bənzəyirdi, bəziləri saatlarla gözləyir, heç nə əldə etmir, bəzilərinə isə ilk anda xoşbəxt olurdu," - deyə Yuri sonradan öz uğurlarını təsvir etdi.
Qısa müddətdə məlum oldu ki, ailə 1 milyard rublluq uduşun sahibi olub. Lakin bu sərvəti xərcləməkdə tələsmədilər. Semenovlar tez bir qərara gəldilər. Onlar yeni mənzil aldılar, övladlarına maddi dəstək göstərdilər və sağlamlıqlarına diqqət ayırdılar. (News24.az)