Pirsaat çayında 3 nəfər batdı


Digərləri 24 Ağu 2025 18:51:00 75 0

Pirsaat çayında 3 nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Pirsaat çayının Qobustan rayonunun Poladlı kəndindən keçən hissəsində 3 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Son.az-a verlən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.