Yola günəbaxan tumları yığdı, məsuliyyətə cəlb edildi


Digərləri 24 Ağu 2025 21:12:00 67 0

Yola günəbaxan tumları yığdı, məsuliyyətə cəlb edildi

Tərtərdə sahibkarın yola sərdiyi günəbaxan tumları sürücülərin və yerli sakinlərin narazılığına səbəb olub.  

Bu barədə "Qafqazinfo"ya şikayət daxil olub.

Şikayətçilər bildirib ki, sahibkarlar sahədən topladığı günəbaxan tumunu quruması üçün yola sərir və bu da avtomobillərin hərəkətinə maneələr yaradır.

Sürücülər bildirirlər ki, belə olan halda qarşıdan gələn digər avtomobili gözləməli olurlar ki, bu da vaxt itkisi yaradır və işə gedib gələnlərin vaxtında çatmamasına səbəb olur.  

DİN Mətbuat Xidmətinin regional qrupundan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Tərtər rayonu ərazisində avtomobil yoluna günəbaxan tumlarının yığılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən  araşdırılıb.

Qeyd olunub ki, Bayandurlu kəndi ərazisindən keçən avtomobil yoluna günabaxan tumları səpərək hərəkəti məhdudlaşdıran şəxsin rayon sakini, 1975-ci il təvəllüdlü Ayaz Məmmədov olması müəyyən edilib.