“Putin atəşkəsə razı olacaq, amma...”


Digərləri 13 Mar 2025 13:50:00 167 0

“Putin atəşkəsə razı olacaq, amma...”

"Rusiya Ukrayna ilə 30 günlük atəşkəs barədə razılığa gələ bilər, lakin Rusiya Prezidenti Vladimir Putin Moskvanın şərtlərinin müqaviləyə daxil edilməsinə əmin olmaqda qərarlıdır". 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

"Rusiya liderinin Ukrayna ilə atəşkəs üçün mümkün şərtlərlə razılaşacağı ehtimalı olsa da, o, əvvəlcədən öz şərtlərinin daxil edilməsinə əmin olmaq istəyir", - nəşr yazır.

Agentliyin mənbələrinin sözlərinə görə, Rusiya rəsmiləri amerikalı həmkarları ilə Ukraynanın Ciddə danışıqları zamanı razılaşdığı sövdələşmənin detallarını müzakirə etməyiblər.

Kremlə yaxın mənbənin dediyinə görə, müvəqqəti atəşkəs üçün şərt olaraq Moskva Kiyevə silah tədarükünün dayandırılmasını tələb edə bilər.


Habere ait fotoğraflar