Mais Cəfərov faciəvi şəkildə vəfat etdi
Digərləri 22 Tem 2025 14:20:00 71 0
Bakı şəhər Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
Bu haberi de oku: Rusiyada OMON azərbaycanlıları saxladı
Son.az xəbər verir ki, Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində avtomobil Ağcabədi rayon sakini Mais Cəfərovu vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.
Bildirilib ki, hadisədən əvvəl M.Cəfərovun maşınının benzini bitibmiş. O, avtomobilinə benzin almaq istəyərkən bədbəxt hadisə ilə üzləşib.
"Unikal"ın məlumatına görə, M.Cəfərov sintezator ifaçısı imiş.
Kaynak: milli.az