Rusiyada OMON azərbaycanlıları saxladı


Digərləri 22 Tem 2025 11:56:00 72 0

Rusiyada OMON azərbaycanlıları saxladı

Moskvada təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində miqrantların qanunsuz leqallaşdırılması ilə məşğul olan 4 azərbaycanlı saxlanılıb.

Son.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Rusiya Milli Qvardiyasının birgə keçirdiyi əməliyyat çərçivəsində Azərbaycan əsilli Rusiya vətəndaşları həbs edilib.

İstintaqın məlumatına görə, saxlanılan şəxslər saxta miqrasiya kartları və iş icazələri hazırlayaraq, əcnəbi vətəndaşlara 90 günədək Rusiyada qalmaq imkanı veriblər. Onların bu yolla 2 milyon rubldan çox gəlir əldə etdiyi və mindən artıq miqrantı leqallaşdırdıqları bildirilir.

Rusiya məhkəməsi artıq bütün təqsirləndirilən şəxsləri əcnəbilərin qanunsuz miqrasiyasını təşkil etmə maddəsi ilə 2 ildən 5 ilədək həbs cəzası ilə cəzalandırıb.