İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb FOTO


Digərləri 22 Tem 2025 16:22:00 74 0

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  FOTO

İyul ayının 20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib.

Son.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılıb.

Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək sərhəd pozucusu təqib edilmiş, havaya xəbərdarlıq atəşi açılmışdır. Əmrə tabe olmayan sərhəd pozucusu havanın qaranlıq, ərazinin meşəlik olmasından istifadə edərək üzərindəki bağlamaları atmış və geriyə qaçmağa nail olub.