Biləsuvar xəstəxanasındakı azyaşlının ölüm səbəbi açıqlandı
Digərləri 22 Tem 2025 19:43:00 87 0
Biləsuvarda xəstəxanada 3 yaşlı uşağın ölüm səbəbi açıqlanıb.
Bu haberi de oku: Ağdamda güclü yanğın Ağdərəyə də yayılır
TƏBİB-dən Son.az-a verilən məlumata görə, daha öncə iyulun 13-də və 18-də sol qasıq nahiyəsində olan ağrılar səbəbilə 2022-ci il təvəllüdlü (kişi cinsli) azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına valideynləri tərəfindən gətirilib. Həkim-cərrahının müayinəsində olan azyaşlıya soltərəfli qasıq yırtığı diaqnozu təyin edilib:
"İyulun 21-də saat 15:00 radələrində cərrahi əməliyyat üçün hazırlanarkən azyaşlı anestezioloji preparatların inyeksiyası zamanı anaflaktik şok keçirib. Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 20:20 radələrində azyaşlının ölüm faktı qeydə alınıb".