"Baza" "Telegram" kanalının baş redaktoru saxlanıldı


Digərləri 22 Tem 2025 22:32:00 81 0

"Baza" "Telegram" kanalının baş redaktoru saxlanıldı

Moskvada "Baza" "Telegram" kanalının baş redaktoru Qleb Trifonov və onun həmkarı rüşvət verməkdə şübhəli bilinərək saxlanılıblar.

Son.az xəbər verir ki, bunu TASS-a Rusiya İstintaq Komitəsindən deyiblər.

Məlumata görə, axtarışlar zamanı istintaq üçün mühüm əhəmiyyət kəsb edən sənədlər və elektron informasiya daşıyıcıları aşkar edilərək götürülüb.

Daha əvvəl nəşrin iki əməkdaşı sərbəst buraxılmışdı.