Ağdamda güclü yanğın Ağdərəyə də yayılır
Digərləri 22 Tem 2025 22:16:00 71 0
Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.
Bu haberi de oku: İyulun pensiya ödənişi yekunlaşdı
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdamın Əlağalı, Qaralar, Qazançı kəndlərində başlayan yanğın Ağdərənin Sırxavənd kəndinə qədər yayılıb.
Kol bitkiləri və quru ot örtüyünün yanması nəticəsində alov daha da geniş ərazilərə yayılır.
Hazırda yanğının söndürülməsi üçün FHN-nin Ağdamdan 2 yanğınsöndürən maşın və işçi qüvvələri və ətraf rayonların Xocalı və Ağdərə rayonundan hər birindən 1 maşın və işçi qüvvə cəlb olunub.
Ərazinin dağ relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar. Hazırda yanğın davam edir. Son.az