Bu rayonda işıq kəsiləcək
Digərləri 23 Tem 2025 00:40:00 75 0
Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 23.07.2025-ci il tarixində 35/10 kV-luq Seyidli yarımstansiyasında profilaktik təmir və ölçü sınaq işlərinin aparılması məqsədi ilə Xaçmaz rayonu Nabran, Seyidli, Meşəli, Muxtardır, Aşağı oba, Sahillər və Dalğalı kəndlərində 11:00-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu haberi de oku: HUAWEI Pura 80 Seriyası: Mobil foto çəkilişlərdə yeni imkanlar
Son.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Kaynak: milli.az