44 yaşlı kişi döyülərək öldürüldü iki oğlu saxlanıldı


Digərləri 22 Tem 2025 20:50:00 91 0

44 yaşlı kişi döyülərək öldürüldü  iki oğlu saxlanıldı

44 yaşlı A. Bədirovun döyülərək xəstəxanaya yerləşdirilməsi daha sonra isə orada ölməsi barədə polisə məlumat daxil olub.

Son.az-ın məlumatına görə, hadisə iyulun 21-də axşam saatlarında Sumqayıt şəhəri ərazisində qeydə alınıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 17 və 16 yaşlı iki nəfər müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Qeyd edək ki, saxlanılanların hər ikisi ölən şəxsin oğlanlarıdır. /APA