İyulun pensiya ödənişi yekunlaşdı
Digərləri 22 Tem 2025 14:42:00 72 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb.
Bu haberi de oku: Rezidenturaya qəbul imtahanının II mərhələsinə qeydiyyat başlayıb
Bu barədə Son.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin iyul ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Kaynak: milli.az