Yeni soyutma texnologiyası: Sərinkeş və kondisionerlərə artıq ehtiyac yoxdur
Digərləri 23 Tem 2025 08:08:00 80 0
Tavandakı borularla qurulan innovativ soyutma texnologiyası səssiz işləməsi və aşağı enerji sərfiyyatı ilə Avropada getdikcə daha çox populyarlıq qazanır. Bu yenilik hazırda temperaturu effektiv şəkildə tənzimləyən ventilyator və kondisionerləri əvəz edir.
Son.az oxu.az-a istinadən xəbər verir ki, soyutma sistemi sadə, lakin effektiv prinsip əsasında işləyir. Soyuq havadan daha yüngül və az sıxlığa malik olan isti hava tavana qalxır, burada isə soyuq su ilə dolu borularla qarşılaşaraq tez bir zamanda soyuyur.
Bu texnologiya, adətən kondisionerlərlə əlaqələndirilən daimi səs-küy və hava axını olmadan otaqda stabil və komfortlu temperatur saxlayır. Proses zamanı divarlar daha az istilik udur və bu da ümumilikdə daha sərin, rahat mühitin yaranmasına səbəb olur.
Kaynak: milli.az