Füzuli və Xocavənd rayonlarında yanğın başlayıb: helikopter cəlb olunub


Digərləri 23 Tem 2025 17:51:00 81 0

Füzuli və Xocavənd rayonlarında yanğın başlayıb: helikopter cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Son.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

xxx

17:35