18 yaşlı Məhəmməd ad günündə dənizdə boğuldu


Digərləri 24 Tem 2025 00:55:00 105 0

18 yaşlı Məhəmməd ad günündə dənizdə boğuldu

Hərbi xidmətə hazırlaşan gənc doğum günündə dənizdə boğulub.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, ötən gün günorta saatlarında Məhəmməd İsmayılov dostu ilə birlikdə ad gününü qeyd etmək üçün dənizə gedib. Dənizə daxil olduqdan sonra onu tapmaq mümkün olmayıb.

Axtarışlardan sonra yeniyetmənin meyiti tapılaraq dənizdən çıxarılıb. Onun üzərində qan izləri olduğundan başının qayalara dəyərək öldüyü ehtimal edilir.

Mərhumun atası bildirib ki, Məhəmməd onun tək övladı idi. Oğlunun yanında gələn dostunu isə tanımır. Onun 50-55 yaşı olardı.

Qeyd edək ki, həmin ərazi qeyri-çimərlik zonası olduğundan hadisəyə dərhal müdaxilə etmək mümkün olmayıb.