Dünyanın ən sakit yeri adlandırılan şəhər: Nə ilə məşhurdur?
Digərləri 25 Tem 2025 01:01:00 105 0
Yeni Zelandiyada, saf Vakatipu gölünün suları ilə ucalan Cənub Alpları arasında yerləşən Kvinstaun şəhəri öz gözəlliyi və sakitliyi ilə seçilir.
Bu haberi de oku: Merilin Monronun "yataqda seçimim odur" dediyi nə ətiri idi? Tanınmış əttardan açıqlama
Son.az xəbər verir ki, "Daily Express"in məlumatına görə, bu cazibədar şəhər "TravelBag" tərəfindən dünyanın ən sakit yeri elan edilib. Kvinstaun ziyarətçilərə ilkin təbiət gözəlliklərini təqdim edir və insanları həyat ritmini yavaşlatmağa, texnologiyadan uzaqlaşaraq təbiətlə vəhdətə çağırır.
Maraqlıdır ki, Kvinstaun təmizliyə görə 91,7 bal, yaşıllıqların keyfiyyəti üzrə isə 94,4 bal toplayaraq digər istiqamətləri geridə qoyub.
Turizm mütəxəssisləri səs-küy və işıq çirkliliyi səviyyəsi, ətraf mühitin təmizliyi və yaşıllıqların keyfiyyəti kimi əsas göstəriciləri izləyərək 26 istiqaməti təhlil ediblər və nəticədə Kvinstaun birinci yerdə qərarlaşıb.
Şəhərin yollarında tıxacların az olması və işıq çirkliliyinin çox aşağı səviyyədə olması onu ulduzları izləmək üçün ideal məkana çevirir.