Rədd edilmə qorxusundan necə xilas olaq?


Digərləri 25 Tem 2025 21:00:00 96 0

Rədd edilmə qorxusundan necə xilas olaq?

"Bəzi insanlar xoşladıqları şəxsə sevgilərini etiraf edə bilmirlər. Çünki rədd edilmək qorxusu yaşayırlar".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib. 

O, bildirib ki, bir çox insan bunu yaşayır:

"Bunun əsas səbəbi bəzi insanların uşaq vaxtı yaşadıqları rədd edilmələrdir. Bu, zamanla onlarda bir qorxuya çevrilir. Üstəlik, söhbət təkcə sevgi etirafından getmir. 

Hər hansı bir işdə yaşadığımız rədd edilmək, qəlbimizin qırılması və yaxud xəyallarımıza doğru addım atdığımız zaman onların puç olması bu qorxunun yaranmasına səbəb olur. Bəzən də ətrafımızdakı insanlardan "sən bacarmazsan, sən edə bilməzsən" düşüncələrini eşitmək bizə mənfi təsir edir". 

Ekspert qeyd edib ki, belə hallar istər-istəməz bir çox nüansda uğurlarımızın və özgüvənimizin qarşısını alır:

"Bu, istər münasibətlərdə, istərsə də dostluqlarda belədir. Təməl olaraq rədd edilmə qorxusu əsasən uşaqlıqdan, bağçadan, məktəb vaxtından və sonrakı dövrlərdə yaşadığımız nüanslardan qaynaqlanır. 

Ancaq ilk olaraq, bu duyğunu dərk etməliyik. "Nəyə görə qorxuram? Nəyə görə bir insana yaxınlaşmaqdan, fikrimi bildirməkdən və "yox" eşitməkdən qorxuram?" kimi sullara cavab tapmalıyıq. Cavab əsasən rədd edilməkdən qorxmaq olur. Bir çox hallarda da qarşı tərəfin sərt cavab vərəcəyindən çəkinirik".