Bazar günü hava necə olacaq?
Digərləri 26 Tem 2025 12:25:00 91 0
Azərbaycanda iyulun 27-də bəzi yerlərdə 36, bəzilərində isə 39 dərəcə isti gözlənilir.
Bu haberi de oku: Şuşada yanğın zamanı mina partlayışları baş verib
Son.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.
Kaynak: milli.az