Şuşada baş verən yanğının səbəbi müəyyən olunub (FOTO)


Digərləri 26 Tem 2025 18:21:00 92 0

Şuşada baş verən yanğının səbəbi müəyyən olunub (FOTO)

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində baş verən yanğının səbəbi məlum olub.

Son.az xəbər verir ki, bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, yanğın ərazidəki elektrik dirəyində baş verən qısaqapanma nəticəsində yaranıb.