Yayda günəş şüasından necə qorunmaq lazımdır?
Digərləri 27 Tem 2025 02:02:00 96 0
Son günlər dünyada və Azərbaycanda havaların kəskin istiləşməsi, ölkəmizdə temperaturun 40 dərəcədən yuxarı qalxması ilə bağlı mütəmadi məlumatlar verilir. Yayı digər fəsillərdən fərqləndirən cəhət məhz bol günəş işığının yerə düşməsindədir.
Bu haberi de oku: Regionlarda məktəbəqədər təhsilə cəlb edilənlərin sayı bəlli oldu
Həkim Pərvanə Mustafayeva Son.az-a deyib ki, günəş şüalarının müsbət təsirlərilə bərabər, insana zərərləri də vardır:
"Normadan artıq günəş qəbul etmək dəri yanıqları, dəri xərçənginə səbəb ola bilər. Buna görə də yalnız dəniz, ya da hovuz kənarında günəş vannası qəbul edərkən deyil, günün hər saatında günəşdən qorunmamız böyük bir əhəmiyyət daşıyır. Saat 11.00-16.00 saatları arasında günəş şüaları yer səthinə düz bucaq altında düşdüyündən insan orqanizmi üçün çox zərərlidir.
Günəşə qarşı necə qorunmağı təyin etmək üçün dəri tipindən xəbərdar olmağın böyük bir əhəmiyyəti var. Günəşin zərərləri baxımından ən çox riski ağ bədənlilər, qırmızılar və heç qaralmayan, ya da günəşə çıxdıqca dəri yanıqlarıyla nəticələnən dəri tipləri daşıyır. Dərinin rəngi tündləşdikcə yanma riski də o nisbətdə azalır. Ancaq əsmər bədənlilərdə də ozon təbəqəsinin incəlməsiylə birlikdə günəş yanığı meydana gəlməsi heç də az rast gəlinən bir hal deyil.