Kanalda boğulan gəncin meyiti tapıldı


Digərləri 26 Tem 2025 18:16:00 77 0

Kanalda boğulan gəncin meyiti tapıldı

Sabirabad rayonunda su kanalında boğulan 20 yaşlı gəncin meyiti tapılıb.

Son.az xəbər verir ki, hadisə ötən gün rayonun Qaragüney kəndi ərazisində baş verib. Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlu su kanalında boğulub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Ötən gündən başlayaraq aparılan axtarışlar nəticəsində suda boğulan gəncin meyiti batdığı yerdən 15-16 kilometr aralıda, bu gün saat 16 radələrində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.