Dövlət qurumunun əməkdaşı iş başında öldü


Digərləri 26 Tem 2025 18:12:00 64 0

Dövlət qurumunun əməkdaşı iş başında öldü

Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.

Son.az xəbər verir ki, rayonun Şıxlı kəndi ərazisində yerləşən su nasosu qurğusunda çalışan, 1969-cu il təvəllüdlü Qurban Mikayılov iş başında vəfat edib.

İlkin məlumata görə, o, infarkt keçirib.