Bakıda torpaq iyunda kəskin bahalaşıb
Digərləri 26 Tem 2025 19:00:00 89 0
Bu ilin iyun ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb. Son.az xəbər verir ki, bu barədə "Report"a "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.
Bu haberi de oku: Ceyranbatan yolunda "Hyundai" aşdı VİDEO
Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsi Səbail rayonunda qeydə alınıb. Burada bir sot torpağın orta qiyməti 422 780 manat təşkil edib ki, bu da illik müqayisədə 28 % çoxdur.
Nərimanov və Nəsimi rayonları da torpaq bazarında yüksək göstəricilərlə seçilib. Nərimanovda orta qiymət 296 591 manat (+ 13 % ), Nəsimidə isə 292 385 manat (+20 % ) olub.
Kaynak: milli.az