Bakıda lift faciəsi Ölən var
Digərləri 26 Tem 2025 11:24:00 64 0
Paytaxtın Nərimanov rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bu haberi de oku: Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Son.az xəbər verir ki, hadisə iyulun 24-ü gecə saat 23 radələrində qeydə alınıb.
Ağdaş rayon sakini 1989-cu il təvəllüdlü Ruslan Rahim oğlu Əliyev "Çinar" soyuducu zavodunun binasının liftini təmir edən zaman liftin şaxtasına yıxılıb.
Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan 36 yaşlı usta vəfat edib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, sözügedən zavod Müzəffər Nərimanov küçəsində yerləşir./"Qafqazinfo"
Kaynak: milli.az