Ermənistan hökuməti Karapetyanın şirkətində pay ala bilər


Digərləri 24 Tem 2025 19:53:00 79 0

Ermənistan hökuməti Karapetyanın şirkətində pay ala bilər

Ermənistan hökuməti "Ermənistan Elektrik Şəbəkələri"ndə (EEŞ) konsorsium idarəetməsi təyin edə və ya şirkətdə pay almaq məsələsinə baxa bilər.

Son.az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan bildirib.

Onun sözlərinə görə, komissiya EEŞ-nin işində pozuntuların olduğunu bildirən Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin müraciətinə baxmalıdır.