Bakının bəzi yerlərində içməli su niyə yoxdur?


Digərləri 24 Tem 2025 22:42:00 132 0

Bakının bəzi yerlərində içməli su niyə yoxdur?

Son günlər Bakı və Abşeron yarımadasında su təchizatında problemlər yaranması barədə məlumatlar artıb.

Son.az xəbər verir ki, həm sosial şəbəkələrdə, həm də vətəndaşların mediaya müraciətlərində suyun verilməsində uzun fasilələrin yarandığı, bəzi hallarda isə gün ərzində kəsildiyi bildirilir. Şikayətlər, əsasən, bağ massivlərində yaşayanlardan gəlir. Bundan başqa, çoxmərtəbəli binaların yuxarı mərtəbələrində yaşayan sakinlər sutun təzyiqinin aşağı olmasından şikayətlənir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən açıqlamada bildirilir ki, yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbat artır.

"Mövcud qurğuların və sudaşıyıcı kəmrlərin ifrat yüklənməsi nəticəsində qəza risklərini də minumuma salmaqla təlabatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır.

Rejimlərin tənzimlənməsi, əsasən, fərdi yaşayış üçün nəzərdə tutulmayan Bakı ətrafındakı yüksəkliklərdə pərakəndə üsulla salınmış yaşayış ərazilərinə təsir edir, əsas su gətirici magistral kəmərlərin üzərindəki, mühafizə zolağındakı mövcud tikililər suyun şərq zonasına çatdırılmasında və rejim tənzimlənməsində də əlavə problemlər yaradır.