Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb


Digərləri 23 Tem 2025 17:56:00 92 0

Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb

Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının bir sıra dövlət xadimləri adından "deep fake" texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlamalar yayılıb.

Medianın İnkişafı Agentliyindən Son.az-a bildirilib ki, müəyyən dairələr tərəfindən süni intellektin köməyi ilə hazırlanan və informasiya mühitində yayılan silsilə xarakterli saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir.

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.