Bu tarixdən hava dəyişir: Leysan yağacaq, şimşək çaxacaq


Digərləri 23 Tem 2025 19:06:00 95 0

Bu tarixdən hava dəyişir: Leysan yağacaq, şimşək çaxacaq

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlənilir.

Son.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata əsasən, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun bir qədər artacağı ehtimal olunur.