Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq
Digərləri 23 Tem 2025 17:35:00 84 0
Bakının Ziya Səmədzadə küçəsində hərəkət tam məhdudlaşdırılacaq.
Bu haberi de oku: Bakıda məşhur mağaza vətəndaşa malı 5 manat baha satdı 4 min cərimələndi
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, sabah (24 iyul) saat 08:00-dan 25 iyul saat 22:00-dək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi Ziya Səmədzadə (Xanlar) küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən küçənin Buxta küçəsilə kəsişməsindən Qəzənfər Əlizadə küçəsilə kəsişməsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.