Bakıda məşhur mağaza vətəndaşa malı 5 manat baha satdı 4 min cərimələndi
Digərləri 23 Tem 2025 14:26:00 85 0
Bakıda "Defacto" mağazalar şəbəkəsi külli miqdarda cərimələnib.
Bu haberi de oku: Bu rayonun prokuroru sərəncama götürüldü
Son.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Gənclik Mall"da fəaliyyət göstərən "Defacto" mağazası barəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən cərimə protokolu tərtib edib.
"Defacto" mağazası barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması) maddəsi ilə inzibati protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, "Defacto" mağazasında üzərində qiyməti 39.99 manat göstərilmiş paltarın kassada 44.99 manatdan satılması faktı müəyyən olunub.