Torpaqların sənədləşməsində gecikmələrin səbəbləri...


Digərləri 23 Tem 2025 18:58:00 88 0

Torpaqların sənədləşməsində gecikmələrin səbəbləri...

Azərbaycanda torpaq sənədləşdirilməsi prosesində gecikmələrin əsas səbəbi texniki çətinliklərdir.

Son.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova deyib.

O qeyd edib ki, vətəndaşların faktiki istifadə etdikləri torpaq sahələri ilə əldə etdikləri sənədlər arasında uyğunsuzluq çox vaxt prosesin uzanmasına səbəb olur:

"Azərbaycanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması haqqında" fərmana əsasən torpaq istifadəçilərinin real məkana köçürülməsi nəzərdə tutulub. Lakin praktiki olaraq, bəzən bir massivdə sənədin düzgünləşdirilməsi bir ay, hətta iki ay çəkir. Bu da ümumi icra müddətini artırır. Bu vəziyyətdə vətəndaşların prosesə daha aktiv və maraqlı yanaşması vacibdir.