Daha bir rayonda ehsan ləğv edildi


Digərləri 22 Tem 2025 18:38:00 59 0

Daha bir rayonda ehsan ləğv edildi

Kürdəmir rayonunda yas məclislərində ehsan verilməsi yığışdırılıb.

Son.az xəbər verir ki, bu barədə "Teleqraf"a Kürdəmir şəhər Cümə məscidinin imamı Aqil Əliyev məlumat verib.

Onun sözlərinə görə, ağsaqqallar və din xadimləri birlikdə belə bir qərara gəliblər.

"Artıq iki aydır ki, rayonumuzda yas məclislərində yemək verilmir. Yas məclisləri öz qaydasında təşkil olunur, halva və çay verilir, sadəcə yemək verilməsi yığışdırılıb", - deyə o bildirib.