Magistraturaya ixtisas seçimin nəticələri bu tarixdə AÇIQLANACAQ


Digərləri 22 Tem 2025 15:03:00 67 0

Magistraturaya ixtisas seçimin nəticələri bu tarixdə AÇIQLANACAQ

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi iyulun 16-da saat 23:59-da başa çatıb.

Hələlik nəticələr ictimaiyyətə təqdim olunmayıb.

Son.az xəbər verir ki, modern.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, materialların emalı prosesi başa çatdıqdan sonra nəticələr elan olunacaq. Bu səbəbdən də dəqiq tarix və saatı əvvəlcədən demək mümkün deyil.

Qeyd olunub ki, prosesin cari həftənin sonunadək yekunlaşacağı ehtimal edilir.