Sökülən məşhur mehmanxananın yeni görüntüsü belə olacaq


Digərləri 22 Tem 2025 17:17:00 92 0

Sökülən məşhur mehmanxananın yeni görüntüsü belə olacaq

Bakının İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində, "Hyatt Regency" kompleksinin ərazisində yerləşən "Naxçıvan" mehmanxanası tamamilə söküləcək və yaxın vaxtlarda ərazidə yeni, müasir tələblərə cavab verən binanın inşasına başlanacaq.

Son.az xəbər verir ki, Baki-baku.az-ın əldə etdiyi məlumata görə, söküntü qərarının əsas səbəblərindən biri binanın qəzalı vəziyyətdə olmasıdır.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq yazılı rəyi də var və rəydə yekun olaraq binanın istismara tam yararsız olduğu qeyd olunur. Həmçinin mövcud bina 4-5 ballıq zəlzələ üçün nəzərdə tutulmuşdu.