Sosial şəbəkələrdə daxili işlər nazirinin adından saxta məlumatlar yayılıb
Digərləri 22 Tem 2025 16:47:00 73 0
Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının daxili işlər naziri adından Azərbaycan Respublikası Prezidentinin açıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yayılıb.
Bu haberi de oku: Azərbaycan və Türkiyə arasında memorandum imzalandı
Medianın İnkişafı Agentliyindən Son.az-a bildirilib ki, son günlər kampaniya xarakteri alan bu uydurma iddialar ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsidir.
"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.
Kaynak: milli.az