Sumqayıtda oğul atasını döyərək öldürdü


Digərləri 22 Tem 2025 17:59:00 76 0

Sumqayıtda oğul atasını döyərək öldürdü

Sumqayıtda kişi döyülərək öldürülüb, oğlu şübhəli bilinir.

Son.az modern.az-a istinadən xəbər verir ki, hadisə ötən axşam saatlarında şəhərin Sülh prospektində baş verib.

İlkin ehtimallara əsasən, 1981-ci il təvəllüdlü Akif Bağırov oğlu ilə mübahisə edib.Yaranan mübahisə zamanı oğul atasının baş nahiyəsinə daşla zərbə endirib.

Ağır xəsarət alan kişi xəstəxanaya çatdırılsa da, bu gün səhər saatlarında orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.