Rusiyada "Telegram" və "WhatsApp"a qadağa qoyulacaq ? – Putindən sərt göstəriş


Digərləri 18 Tem 2025 21:00:00 50 0

Rusiyada  "Telegram" və "WhatsApp"a qadağa qoyulacaq ? – Putindən sərt göstəriş

Rusiya Prezidenti Vladimir Putin hökumətə "dost olmayan ölkələrdə" istehsal olunan messencer və digər kommunikasiya proqramlarının istifadəsinə məhdudiyyətlər qoyulması barədə göstəriş verib.

Son.az xəbər verir ki, sərəncama əsasən, Baş nazir Mixail Mişustinə sentyabrın 1-dək konkret təkliflərlə çıxış etmək tapşırılıb.

Sərəncamda xüsusilə "xarici proqram təminatı", "rabitə xidmətləri" və "dost olmayan ölkələr" kimi ifadələr yer alıb. Məqsəd Rusiya daxilində yerli alternativlərin təşviqi və xarici texnologiyaların istifadəsinə nəzarətin gücləndirilməsidir.

Bu qərarın fonunda Kreml artıq öz milli messencerinin - "MAX" platformasının yaradılması istiqamətində addımlar atıb. Dövlət Duması iyun ayında bu platformaya dair qanun layihəsini qəbul edib. Yeni messencerin məxfilik siyasətinə görə, istifadəçi məlumatları dövlət orqanlarının sorğusu əsasında təqdim oluna bilər. Bu isə platformanın həm izləmə, həm də ünsiyyətin idarə olunması məqsədilə istifadə ediləcəyini göstərir.

Məhdudiyyətlərin tətbiqi ilk olaraq "Telegram," "WhatsApp" və digər məşhur messencerlərə təsir edə bilər. Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Sergey Boyarski bildirib ki, "MAX" istifadəyə verildikdən sonra bu platformalara qarşı "ciddi sanksiyalar" tətbiq ediləcək.

Fidan Son.az