Ukraynada hökumətin istefası təsdiqləndi – Yeni nazirlər gözlənilir
Dünya 16 Tem 2025 17:05:00 93 0
Ukrayna Ali Radası ölkənin baş naziri Denis Şmıxalın və onun rəhbərlik etdiyi hökumətin istefasını təsdiqləyib.
Bu haberi de oku: "Trampın üzünə telefonu qapadım" BBCnin müxbiri
Son.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ukrayna qanunvericiliyinə əsasən, baş nazirin istefası avtomatik olaraq Nazirlər Kabinetinin tam tərkibdə buraxılması ilə nəticələnir. İyulun 16-da keçirilən səsvermədə Şmıxalın vəzifədən azad edilməsinin lehinə 261 deputat səs verib. Əleyhinə səs verən olmayıb, 4 deputat bitərəf qalıb, 55 nəfər isə ümumiyyətlə səsverməyə qatılmayıb. Hökumətin istefaya göndərilməsi üçün minimum 226 səs tələb olunurdu.
Qeyd edək ki, Denis Şmıxal bir gün əvvəl istefa ərizəsini parlamentə təqdim etmişdi. Səhər saatlarında isə bu qərar Dövlət Quruculuğu Komitəsi tərəfindən təsdiqlənib. Nazirlər yeni hökumət formalaşana qədər vəzifələrini icra etməkdə davam edəcəklər. Yeni kabinetin iyulun 17-də açıqlanacağı gözlənilir.
Fidan Son.az