"Putin məni aldada bilməz"


Dünya 15 Tem 2025 10:50:00 62 0

"Putin məni aldada bilməz"

"Putin məni aldada bilməz" .

Son.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Tramp ilə Rusiya prezidenti Vladimir Putinlə bağlı söhbətində deyib.

Tramp bu fikirləri iyulun 14-də NATO-nun yeni Baş katibi Mark Rutte ilə Oval Ofisdə görüşü zamanı səsləndirib. O, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Putindən aldığı mesajları həyat yoldaşı ilə paylaşdığını, lakin Melaniyanın xəbərlərdə gördüyü dağıntıların bu "gözəl söhbətlərlə" uyğun gəlmədiyini vurğuladığını deyib.

"Evə gəlirəm və deyirəm: 'Bu gün Vladimirlə danışdım. Gözəl söhbətimiz oldu'. O isə cavab verir: 'Doğrudanmı? Yenə bir şəhər bombalanıb'", - deyə Tramp zarafatla xatırladıb.

Bu açıqlamanı Tramp daha sonra Ağ Evin Dövlət Yeməkxanasında keçirilən nahar tədbirində də təkrar edib və bildirib ki, tez-tez "işimiz bitdi" deyə düşündüyü anda, Melaniya ona yeni hücumların baş verdiyini xatırladır.