İsrail Suriyadakı tankları vurub


Dünya 14 Tem 2025 23:00:00 58 0

İsrail Suriyadakı tankları vurub

İsrail ordusu Suriyada bir neçə tankı vurub.

Son.az APA-ya istinadən bildirir ki, əl-Məzrəə və Sami bölgələri arasında aşkarlanan tanklar Suriyanın cənubunda yerləşən əs-Suveydəyə yaxınlaşmaq üçün hərəkət ediblər.

İsrail ordusu hərbi texnikaların Suriyanın cənubunda yerini möhkəmləndirməsinə icazə verilməyəcəyini bəyan edərək, tankları məhv edib.