İtaliya parlamentində süni intellekt dövrü başladı
Dünya 14 Tem 2025 20:12:00 61 0
İtaliya rəqəmsal siyasətdə yeni mərhələyə qədəm qoyur. Belə ki, ölkənin Deputatlar Palatası ilk dəfə olaraq süni intellekt platformalarının qanunvericilik fəaliyyətində istifadəsinə rəsmi şəkildə start verib.
Bu haberi de oku: Hansı Avropa ölkələrində ən yüksək maaş verilir?
Son.az xəbər verir ki, "Rossiyskaya Gazeta"ya (rg.ru) istinadən yayılan məlumata görə, bu təşəbbüs üzərində işlər hələ 2023-cü ildən aparılırdı və layihə artıq aktiv sınaq mərhələsinə keçib.
Layihənin müəllifləri bildiriblər ki, bu addım parlamentarilərin çıxışlarını yazmaq üçün gizli şəkildə süni intellektdən istifadə etmələri demək deyil. Məsələn, 2023-cü ildə senator Marko Lombardo ictimaiyyət qarşısında süni intellekt tərəfindən yazılmış nitqi səsləndirmişdi. Lakin indi məqsəd bu texnologiyaların parlament fəaliyyətinə rəsmi və şəffaf şəkildə inteqrasiya olunmasıdır.
Qeyd olunub ki, eksperiment insan faktorunu əvəz etməyə yox, əksinə, qanunvericilik prosesinin səmərəliliyini və keyfiyyətini artırmağa yönəlib.