FSBnin tapşırığı ilə polkovniki "öldürən" iki azərbaycanlı...


Dünya 13 Tem 2025 23:45:00 83 0

FSBnin tapşırığı ilə polkovniki "öldürən" iki azərbaycanlı...

İyulun 10-da Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniçin qətlində iki Azərbaycan vətəndaşının iştirak etdiyi xəbəri təsdiqlənərsə, bunu Rusiyanın Azərbaycana qarşı növbəti təxribatı kimi qiymətləndirmək olar. Rusiya kəşfiyyat xidmətinin ukraynalı zabiti öldürmək üçün Xaqani Quləlizadə və Nərmin Quliyeva adlı Azərbaycan vətəndaşlarından istifadə etdiyi xəbəri yayılıb. Hər ikisi Rusiyada çalışırmış. Fikrimcə, Rusiya kəşfiyyat xidmətinin ukraynalı zabiti qətlə yetirmək tapşırığını Azərbaycan vətəndaşlarına tapşırması Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salmaq məqsədi daşıyır.

Son.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

"Kreml Rusiyada çalışan miqrantlara həm zorla sənəd imzalatdıraraq onları birinci sırada Ukrayna ilə müharibədə ölümə göndərir, həm də bir qismini qatilə çevirməyə çalışır. Ukraynanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Ukrayna vətəndaşı olan soydaşlarımız olduğu kimi, Rusiya kəşfiyyatının toruna düşərək qatilə çevrilənlər də var. Diqqətli olmalıyıq. Rusiya Azərbaycanla münasibətlərinin gərginləşməsi fonunda soydaşlarımıza qarşı başqa təzyiq formalarından da istifadə edə bilər", - o qeyd edib.