Von der Leyendən Trampa xəbərdarlıq Cavab veriləcək


Dünya 13 Tem 2025 01:13:00 99 0

Von der Leyendən Trampa xəbərdarlıq  Cavab veriləcək

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ABŞ-nin 1 avqustdan etibarən Avropa mallarına 30 faizlik rüsum tətbiq edəcəyi təqdirdə, Aİ-nin cavab tədbirləri görməyə hazır olduğunu bəyan edib.

Bu haberi de oku: "Bu halda Rusiya məhv olacaq"

Son.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında yerləşdirilən açıqlamada bildirilir.

"Avropa İttifaqının maraqlarını qorumaq üçün bütün zəruri addımları atacağıq. Zəruri olarsa, adekvat cavab tədbirləri də daxil olmaqla", - deyə Ursula fon der Lyayen vurğulayıb.

O qeyd edib ki, ABŞ-nin rüsum tətbiqi transatlantik ticarət zəncirini poza və həm Avropa, həm də Amerika biznesinə və istehlakçılarına zərər vura bilər.